Ağdamda ev yanaraq külə döndü- FOTO

Ağdamda ev yanaraq külə döndü

Ağdamda 4 otaqlı ev yanaraq külə dönüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sarcalı kəndində baş verib.  Əntiqə  Baxşəliyevaya məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Alovun qaz və ya elektrik enerjisində baş verən qısa qapanmadan əmələ gəldiyi ehtimal edir.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb.

 

Gununsesi.info

COMMENTS