Ağdamda ev yandı, Bakıda evin tavanı uçdu

  • By admin
  • 04 May 2017 07:31

yanan-ev

Fövqəladə Hallar Nazirliyinin  (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının tavanının uçması və nəticədə mənzildə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyati üzrə təhvil verib.

Əməliyyat saat 23:06-da başa çatıb.

Eyni zamanda, Ağdamda yanğın hadisəsi qeydə alınıb.

FHN-nin məlumatında qeyd olunur ki, Ağdam rayonu, Əfətli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 145 m2 və mətbəxi 12 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info