Ağdamda evləri və əkin sahələrini su basdı - VİDEO

  • By admin
  • 11 Dekabr 2022 20:23

Gecə saatlarında suvarma kanalına gələn güclü su Ağdamın Təzəkənd kəndinə ziyan vurub.

Gununsesi.info xəbər verir ki, güclü sel evlərin həyətlərini və əkin sahələrini basıb.

Sakinlərin sözlərinə görə, hadisənin qarşısını almaq üçün əraziyə texnikalar cəlb olunub:

“32 ildir bu kəndə köçmüşəm, mən belə şey görməmişəm. Gecə həyətə çıxdım ki, hər yeri su basıb. Yarım saat gec çıxasaydım tövlədəki heyvanlarım məhv olacaqdı”.

Daha ətraflı “Baku” TV-nin süjetində:

Gununsesi.info