“Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu”.
Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.
“Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik. Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir”, – Prezident vurğulayıb.