
Ağdam rayon sakininə məxsus 2 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıcalı kənd sakini Əli Baxşəliyevə məxsus 2 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri Aydın Zamanov tutulmuş, əvvəllər məhkum olunmuş Fəxri Mustafayev müəyyən edilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında F.Mustafayevin Bakı şəhərinə getdiyi avtomobil Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisindəki BDYPİ-nin stasionar postunda saxlanılaraq RPŞ-yə təhvil verilib.
Anar
Gununsesi.info