Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.