Ağdamda intihar cəhdinin qarşısı alınıb

  • By admin
  • 05 Aprel 2018 19:10


Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

APA-nın  xəbərinə görə, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info