Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi

Ağdam rayonunda qadın ev quşlarına verilən dərmandan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüdlü Elnarə Bədəlova Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır.

İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıqdan baş verib. (Qafqazinfo)