Ağdamda Rusiya-Türkiyə Monitorinq Mərkəzindən video kadrlar

  • By admin
  • 04 Fevral 2021 13:34

Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi münaqişə bölgəsindəki ümumi vəziyyətə nəzarət işini davam etdirir.

Bu barədə fevralın 4-də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rusiya hərbçiləri “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejiminin monitorinqini həyata keçirirlər.

Bildirilib ki, Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir, yoxlayır və münaqişə tərəflərinin şikayətlərinə baxırlar.

Dağlıq Qarabağ münaqişəsi bölgəsində atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci ildə imzalanan Sazişə uyğun olaraq Azərbaycan Respublikası ərazisində, Ağdam rayonunda yerləşdirilib.

Mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

 

 

Gununsesi.org