Ağdamda şəhid ailəsi üçün tikilmiş evin açılışı oldu - FOTOLAR

  • By admin
  • 10 Dekabr 2022 18:19

Bu gün Ağdam rayonunun Çəmənli kəndində Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi şəhidi Emil Qurbanovun ailəsi üçün tikilmiş 2 otaqlı fərdi yaşayış evinin açılış mərasimi baş tutub.

Gununsesi.info xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Emil Rafael oğlu Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. O, 44 günlük Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Emil Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.





Gununsesi.info