Ağdamda şirkət əməkdaşı minaya düşdü –  RƏSMİ AÇIQLAMA

  • By admin
  • 21 Sentyabr 2021 10:25

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Gununsesi.info rayon prokurorluğuna istinadən xəbər verir ki, 21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info