Ağdamda yol çəkən texnika minaya düşüb – FOTO

  • By admin
  • 17 Aprel 2022 20:50

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

Gununsesi.info xəbər verir ki,  hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

HTML tutorial

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA -ya təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.