Ağdamda yol çəkilişi zamanı mina partladı: XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 08 Oktyabr 2022 18:36

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.

Gununsesi.info