Ağdamda yol qəzası- YARALANANLAR VAR

Ağdamda yol qəzası

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489” qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub.

Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info

COMMENTS