Ağdamın 2010-cu ildə çəkilmiş görüntüləri… – Video

  • By admin
  • 27 Mart 2021 19:30

Ağdamın ermənilər tərəfindən işğalından illər sonra 2010-cu ildə çəkilmiş görüntüləri yayımlanıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşım edib.

Baş konsul videoya yazdığı şərhində bildirib ki, 2010-cu ildə ABŞ-dan Ağdama gələn erməni gənclər azərbaycanlıların dağıdılmış evləri ilə lovğalanırlar:

“1993-cü ildə Ermənistanın Ağdamı işğal etməsi ilə 130 min azərbaycanlı zorla didərgin salındı. Ağdam şəhəri və onun kəndləri işğal illərində tamamilə məhv edildi”.

Gununsesi.info