Ağdaş Rayon İcra Hakimiyyətində oğurluq edən şəxs tutulub - YENİLƏNİB

  • By admin
  • 30 May 2017 11:41
2017-05-30-11-24-36ioi
Ağdaş Rayon İcra Hakimiyyətinin binasından oğurluq edən şəxs tutulub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin16-cı polis bölməsi əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərdən birindən 570 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əminağa Rəvanov tutulub.

Bundan başqa 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

***
Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasından oğurluq olub.
Gununsesi.info report-a istinadən xəbər verir ki, binaya daxil olan naməlum şəxs və ya şəxslər oradan RİH-ə məxsus 5 ədəd kondisioneri oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info