Ağdaş rayonunda yanğın baş verib

  • By admin
  • 09 Mart 2018 08:40

Ağdaş rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Aşağı Ləki kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları 74 m² sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Gununsesi.info