Ağdaş rayonunun Pirəzə kənd sakininə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən çətənə kolları, evindən isə 145 qr marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirəzə kənd sakini Məhəmmədiyə Eminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 17 ədəd çətənə kolu, evindən isə 145 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info