Ağdaşda 11 narkotacir saxlanıldı - FOTOLAR

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə 11 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yaşadıqları evlərin həyətyanı sahəsində və çöllük ərazidə narkotik tərkibli bitkilər becərən 4 nəfər rayon sakini – Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə saxlanılıb. Onlardan ümumi çəkisi 80 kiloqram olan 50 ədəd çətənə kolu, eləcə də Bilal Həmidzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb.

HTML tutorial

Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər – psixotrop maddələrin satışı ilə məşğul olan Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev,Sərxan Abdurəhimov,Əmirxan Sadıqov,Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan heroin, marixauana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.




Gununsesi.info