Ağdaşda 4 otaqlı ev yandı

  • By admin
  • 23 Fevral 2017 09:20

yanan-ev

Ağdaşda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonunda ümumi sahəsi 126 m2 olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 49 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info