
Ağdaşda avtomobil qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, ötən gecə saat 23:30 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaşın Qaradeyin kəndi ərazisindən keçən hissəsində “Wolksvagen” markalı minik avtomobili yolu keçən piyada, Yevlax rayonu Nəriman kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayev Ağasəf Vahid oğlunu vurulub. A. Abdullayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)