Ağdaşda dörd yaşlı uşaq CİVƏ İÇDİ

Ağdaş rayonunda azyaşlı uşaq civədən zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib.

HTML tutorial

4 yaşlı B.N. evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib.

O, təcili xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info