Ağdaşda gənc oğlan bıçaqlanıb

Ağdaşda gənc oğlan bıçaqlanıb

 

Axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Kükəl kənd sakini Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində 1991-ci il təvəllüdlü həmkəndlisi Paşayev Vaqif Rafael oğlunu bıçaqlayıb.

Döş qəfəsindən bir bıçaq yarası alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info

COMMENTS