Ağdaşda ikimərtəbəli ev yanıb

  • By admin
  • 29 Yanvar 2023 19:02

Ağdaş rayonunun Yuxarı Ləki kəndində ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info