Agentlik Müşahidə Şurasının üzvünə 20 min manat qrant ayırdı

QHT Agentliyi bu gün 2023-cü ildə elan etdiyi qrant müsabiqəsnin nəticələrini elan edib.

Gununsesi.info xəbər verir ki, müsabiqə nəticələrində görə QHT-lərə adətən 6-7 min manat vəsait ayrılıb.

HTML tutorial

QHT Agentliyi “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin ““Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransının keçirilməsi”  layihəsinə 20 min manat qrant ayırıb.

Qeyd edək ki, həmin təşkilatın sədri Mehdiyev Nurəddin eyni zamanda Muşahidə Şurasının üzvü və Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisidir.

Gununsesi.info