Agentlik vətəndaşlara müraciət etdi

  • By admin
  • 29 Yanvar 2022 13:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşlara çağırış edib.

Gununsesi.info xəbər verir ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə bu ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.

Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.

Gununsesi.info