Agentliyin əməkdaşı minaya necə düşüb?

  • By admin
  • 27 İyul 2021 20:25

Minatəmizləmə Agentliyi Cəbrayılda minaya düşən əməkdaşı ilə bağlı açıqlama yayıb.

Agentlikdən metbuata bildirilib ki, bu gün qurumun əməkdaşı 26 avqust 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

HTML tutorial

Nəticədə, Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək, evə buraxılıb.

“İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq”, – deyə açıqlamada bildirilir.

Gununsesi. info