Ağır atletika üzrə Azərbaycan Kuboku keçirilib - FOTO

  • By admin
  • 22 Noyabr 2016 11:50

tlet

Ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku yarışı keçirilib.

Təhsil Nazirliyindən (TN) Gununsesi.info-ya verilən məlumata görə, yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200 nəfərə yaxın atlet çıxış edib.

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvü Allahyar Abışov 62 kq çəki dərəcəsində mübarizədə 251 kq (114+137) nəticə ilə bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.

Mərkəzin digər üzvləri 77 kq çəki dərəcəsində Əfqan Bayramov II yerə, 85 kq çəki dərəcəsində Salar Ümüdov II yerə, 94 kq çəki dərəcəsində Kamran Beskov isə II yerə layiq görülüb.

Anar
Gununsesi.info