Ağır qəzada ölənlər deputatın qardaşı nəvələridir

  • By admin
  • 06 İyul 2017 12:00

semseddin

Ötən gün Bakıda baş verən və 3 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələn dəhşətli qəzanın təfərrüatları məlum olub.

Gununsesi.info “Qafqazinfo”ya istinadən məlumat verir ki, qəzada həlak olan Hacızadə Rövşən və Üzeyir qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.

Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayır.

Fotoda: Rövşən Hacızadə

Məsələ ilə bağlı deputat Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb. O, hadisədən dərin üzüntü keçirdiyini vurğulayıb və məsələnin araşdırıldığını qeyd edib.

Gununsesi.info