
Məşhur müğənni Petek Dinçöz iki gün əvvəl ağır qrip virusu ilə xəstəxanaya yerləşdirilib.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi xəbərə görə, ifaçı İnstaqram səhifəsində toyda çəkdirdiyi fotosunu paylaşıb.
Məlum olub ki, Petek həyat yoldaşı ilə birgə müğənni Burhan Çaçanın oğlunun toyuna gedib. Şəklin altından sənətçi qeyd edib:
“Sistemlərlə ayaqda dururam. Amma bunu biruzə verməməyə çalışıram”.
Qeyd edək ki, Petek Dinçöz 2015-ci ildə Serkan Kodaloğluyla ailə qurub. Cütlüyün bir oğlu var.
Gununsesi.info