
İyulun 3-dən 4-nə keçən gecə Tatarıstanda baş verən ağır yol qəzası nəticəsində 14 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Gununsesi.info interfax-a istinadən xəbər verir ki, ekspertiza dünyasını dəyişən 14 nəfərdən 13 nəfərin şəxsiyyətini müəyyənləşib. Dünyasını dəyişənlərin 4-ü uşaqdır.
Xəsarət alan 15 nəfərin bir çoxunun vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı istisna edilmir.
Samara-İjevsk reysini həyata keçirən avtobus Tatarıstanın Zainski şəhəri yaxınlığında bu gecə benzin daşıyan “Kamaz” markalı yük maşını ilə toqquşub və qəza zamanı avtobus tamamilə yanıb.
https://www.youtube.com/watch?v=CgDSRHFY9Mo&feature=youtu.be
Gununsesi.info