Ağır yol qəzası 4 nəfərin həyatına son qoydu

  • By admin
  • 01 Fevral 2018 08:45

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, insident Penza vilayətində qeydə alınıb.

Moskva-Samara avtomagistralında yük və minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qəzaya VAZ 2107 markalı minik avtomobilinin idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub. Nəticədə minik avtomobili “Valday” markalı yük maşınına çırpılıb. Bundan sonra toqquşmadan yayınmağa çalışan digər iki yük maşını xəndəyə aşıb.

Gununsesi.info