Ağır yol qəzası daha bir can aldı

  • By admin
  • 10 Sentyabr 2016 17:47

qeza3

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HTML tutorial

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

Rəhimov Rais Budaq oğlu idarə etdiyi VAZ  2107 markalı 90 CN 324 dövlət nömrəli maşınla Kərimov Nurlan Yasir oğlunun idarə etdiyi BMW markalı 10 LC 524 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə VAZ 2107 sürücüsü R. Rəhimov hadisə yerində ölüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info

Sosial səhifələrdə paylaş