Ağır yol qəzası: ölən var

  • By Ayshan
  • 10 Noyabr 2025 09:30

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Naxçıvan-Şərur magistral yolunun Püsyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil “TIR”la toqquşub.

Nəticədə “Mersedes”in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.