Zambiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzaya səbəb sərnişin avtobusunun sürət həddinin aşması idda edilir.
Belə ki, Zambiya Polisi Easter Katonqo mətbuata açıqlamasında bildirib ki, avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb, 48 nəfər isə yaralanıb.
Qeyd edək ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Anar
Gununsesi.info