Ağır yol qəzasında 3 nəfər yanaraq öldü - BAKIDA

  • By admin
  • 14 Aprel 2017 09:49

masin_yandi_foto

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda “VAZ” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb, avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilmişdir.

Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.

Gununsesi.info