Ağır yol qəzası: 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb - TÜRKİYƏDƏ

  • By admin
  • 14 Avqust 2017 20:56

8bd8324b72bcfd7e1ab1ea2b9be959a8

Türkiyənin Ağrı vilayətində ağır yol qəzası baş verib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə Palandökən kəndi ərazisində qeydə alınıb.

Məlumata əsasən,  ağır tonnajlı yük maşının daşıdığı qaldırıcı kran mikroavtobusun üstünə düşüb.

Qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan  4-ün vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info