Ağır yol qəzası - 1 ölü, 3 yaralı

  • By admin
  • 30 İyul 2016 11:28

qezzzaaaaa

İmişlidə üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə İmişli şəhəri H.Əliyev prospektində baş verib. Baş verən zəncirvari qəzada İmişli rayonu Aranlı kənd sakini, 1992-ci il təvəllüdlü Babaşov Tacir Azər oğlu, Beyləqan sakini, 1992-ci il təvəllüdlü Ansurov Vüqar  Vüqar oğlu, İmişli raonu Otuziki kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Elvin Etibar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. “Mercedes” markalı avtomobilin sürücüsü İmişli rayon sakini, Quliyev Arif  Zaur oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info