Ağkənd Azərbaycanın nəzarətinə keçdi – Video / Fotolar

  • By admin
  • 18 Dekabr 2020 21:34

İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.

Bu barədə “Sputnik Armeniya”da yazılıb:

“Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

 

Bildirilir ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edirlər və gedərkən evləri yandırırlar.

Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

 

 

Qeyd edək ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.

Vido görüntüləri təqdim edirik:

 

 

 

Gununsesi.info