Ağrıdağın zirvəsindən dünyaya “Qarabağ Azərbaycandır!” çağırışı edilib

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) fəalları Ağrıdağın hündürlüyü 5 137 metr olan zirvəsində “Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!” (“StopArmenianAgression”) və “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan”) şüarları yazılmış plakatı nümayiş etdirməklə Azərbaycana dəstək aksiyası keçiriblər.

Gununsesiaz.info bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi TÜRKAZDER fəalları bu qürurverici addımla həm də Azərbaycan Diaspor Könüllülərinin bütün sosial media şəbəkələrində #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqləri ilə apardıqları kampaniyanı, “KarabakhisAzerbaijan” “YouTube” kanalını dəstəklədiklərini, azərbaycanlı gənclərlə yekdil və həmrəy olduqlarını bildiriblər.

Ağrıdağdakı aksiya zamanı dərnək fəalları Ermənistanın törətdiyi hərbi təxribatlara və Azərbaycanın əzəli torpaqlarını işğal etməsinə etirazlarını bildiriblər.

Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Ermənistandan tələb edən gənclər bu məqsədlə ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsində “Qarabağ Azərbaycandır!” plakatını qaldıraraq, Türkiyədən bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan ediblər.

Gununsesiaz.info