“Agro Dairy” MMC-nin sədri Zəngilana xüsusi nümayəndə təyin edildi

  • By admin
  • 04 May 2022 16:17

Prezident İlham Əliyev  Vahid Rasim oğlu Hacıyevi  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib.

Gununsesi.info  bildirir ki, Vahid Hacıyev  “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədridir.

V.Hacıyev 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

O bu neft şirkətində Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes menecer, daha əvvəl isə aparat rəhbəri olub.

Gununsesi.info