Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir.
Gununsesi.info bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.
Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.
Bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.
Gununsesi.info