Ağstafa sakinini avtomobil vurub

  • By admin
  • 25 Yanvar 2018 20:12


Ağstafada yolu keçmək istəyən piyadanı avtomobil vurub.

APA-nın verdiyi məlumata görə, hadisə Ağstafa şəhərində baş verib.

Nəticədə ağır bədən xəsarətləri alan rayon sakini, 1975-ci il təvəllüdlü Musayev Sabit Sabir oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, S. Musayev Ağstafa rayon Dövlət Notariat Kontorunda dövlət notariusu vəzifəsini icra edir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info