Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi

  • By admin
  • 18 Aprel 2021 18:57

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə hadisə rayonun Pirli kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Aşurlu Vüsalə Vüqar qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

17 yaşlı gənc qızın hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Gununsesi.info