Ağstafada ağır qəza: 3 nəfər yaralandı

  • By admin
  • 07 İyun 2023 14:58

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, “Toyota” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər – 1975-ci il təvəllüdlü Gülnarə Hüseynova, 1983-cü il təvəllüdlü Nuranə Qasımova, 2003-cü il təvəllüdlü Sənan Qasımlı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info