Ağstafada ağır qəza: sürücü öldü – FOTO

  • By admin
  • 25 Mart 2022 23:56

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Dağ Kəsəmən kəndində “Mersedes” markalı minik avtomobili VAZ 2106 markalı avtomobillə toqquşaraq idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib, sürücü 1987-ci il təvəllüdlü Teymur Mahmud oğlu Talıbov hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info