
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Həsənsu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gecə saatlarında Gürcüstan dövlət nömrə nişanlı avtomaşın Qazaxdan Bakı istiqamətində hərəkətdə olarkən maneəyə çırpılıb.
Nəticədə maşında olan dörd nəfərdən üçü, Gürcüstan vətəndaşları – Füzuli Əliyev, Şakir Gülməmmədov və Səbuhi Vəliyev ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org