Ağstafada avtomobil qəzası olub, xəsarət alan var

  • By admin
  • 16 Avqust 2021 22:18

Ağstafada iki avtomobil toqquşub.

Gununsesi.info  xəbər verir ki, hadisə Poylu kəndində qeydə alınıb.

“Lada Priora” və “VAZ-2106” markalı avtomobilərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1937-ci il təvəllüdlü Qasımov Mehvalı Mehtalı oğlu xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info