Ağstafada 3 piyadanı vurub hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.
Gununsesi.info-nun veridyi məlumata görə qəzanı törədən şəxs Ağstafa rayon sakin, 1992-ci il təvəllüdlü Rəşad Nazim oğlu İsmayılovdur.
O, idarə etdiyi “VAZ2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 3 piyadanı vurub. Piyadalardan Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz hadisə yerində ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi, 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Gununsesi.info