Ağstafada dönərdən zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB -3

  • By Günel
  • 14 Mart 2025 08:54

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan sakinlər evə buraxılıblar.

Gununsesi.info xəbər verir ki, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edən 10 nəfərə zəruri tibbi yardım göstərilib daha sonra evə buraxılıblar.

Xatırladaq ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birindən alınmış dönərlərdən zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info